...

Azərbaycanın rabitə operatorları 4G-ni yayın sonunadək tətbiq edəcək

Telekommunikasiya Materials 7 May 2012 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın hər üç mobil rabitə operatoru 4G standartının tətbiq edilməsi ilə bağlı protokol imzalayıb. Protokola əsasən, tezliklərin koordinasiyası bilavasitə operator tərəfindən həyata keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, 4G şəbəkəsinin tətbiqi üçün lisenziya tələb olunmur.

"Burada məsələ tezliklərin bölüşdürülməsi olub və bu istiqamətdə işlər başa çatdırılıb. Operatorlara 4G standartında xidmət göstərilməsi üçün üç ay vaxt verilib" , - Abbasov deyib.

Nazirlik tənzimləyici orqan kimi bu məsələni koordinasiya edəcək.

Xəbər lenti

Xəbər lenti