...

Azərbaycanın enerji operatoru elektron sənəd dövriyyəsi sistemini tətbiq edir

Telekommunikasiya Materials 22 May 2012 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir H.Vəliyev/

"Azərenerji" ASC-nin idarə aparatında və onun tabeliyində olan müəssisə və təşkilatlarda "Elektron sənəd dövriyyəsinin tətbiq edilməsi ilə əlaqədar proqram təminatının tətbiqi üzrə xidmətlərin satın alınması" üçün açıq tender keçirilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı tender komissiyasının rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tenderdə iştirak haqqı 100 manat təşkil edir.

İştirakçıların təklifləri iyulun 9-da saat 16:00-dək ASC-nin binasında qəbul edilir. Təklif zərfləri iyulun 9-da saat 16:00-da açılacaq.

Əlavə məlumat üçün: 490-09-83. Əlaqələndirici şəxs: Elman Süleymanov.

Xəbər lenti

Xəbər lenti