...

Azərbaycan Ümumdünya İqtisadi Forumunda iştirak edir

Telekommunikasiya Materials 10 Sentyabr 2012 14:11 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Çində keçirilən Ümumdünya İqtisadi Forumunda (World Economic Forum - WEF) iştirak edir.

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndə heyəti Çində keçirilən Ümumdünya İqtisadi Forumunda (World Economic Forum - WEF) iştirak edir. Bu barədə Trend-ə bazar ertəsi nazirlikdən məlumat verilib.

Məlumata görə, WEF bu gün Tyanszın şəhərində işə başlayacaq və sentyabrın 13-dək davam edəcək.

Nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov başçılıq edir.

Forumda sahibkarlıq işində uzunmüddətliliyin və sabitliyin təmin olunmasında yeni və sürətlə artan bazarların rolu, iqtisadiyyatda innovasiya və elmi-texniki uğurların tətbiqi məsələləri, İKT-nin innovasiya inkişafı, iqtisadiyyatın inkişafında dövlətin rolu və innovasiyaların təsiri nəzərdən keçiriləcək.

Tədbir çərçivəsində nazir bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli danışıqlar aparacaq. Müzakirələrin əsas mövzusu transmilli infofrmasiya supermagistralının (TASIM) tikintisi layihəsi, kosmik sənaye sahəsindəki qlobal layihələr çərçivəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Forum TASIM və EPEG (Europe Persia Express Gateway) optik magistrallarının tikintisi layihələrinin reallaşdırılması üçün beynəlxalq dəstəyin göstərilməsinə, eləcə də dünya İT şirkətlərinin ikitərəfli əməkdaşlığına imkan verəcək.

Xəbər lenti

Xəbər lenti