...

"Bakcell" şəbəkəsi MND-nin tətbiqinə tam hazırdır

Telekommunikasiya Materials 18 Sentyabr 2012 14:30 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkətin şəbəkəsi Mobil Nömrə Daşınmasının (MND) yerinə yetirilməsi üçün tam hazırdır.
"Bakcell" şəbəkəsi MND-nin tətbiqinə tam hazırdır

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell böyük məmnuniyyətlə bildirir ki, şirkətin şəbəkəsi Mobil Nömrə Daşınmasının (MND) yerinə yetirilməsi üçün tam hazırdır. Xidmətin başlanğıc tarixi Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) qərarından asılıdır. Bütün hazırlıq işləri RİTN-in tövsiyələrinə uğun olaraq həyata keçirilib.

"Biz Mobil Nömrə Daşınmasına hətta bu gün start verə bilərdik, lakin bu xidmət bütün operatorlar tərəfindən eyni vaxtda göstərilməlidir və biz də digər operatorları gözləyirik", - Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib.

Bakcell MND-nin həyata keçirilməsinə dair hazırlıq işlərinə 2012-ci ilin yanvar ayında başlayıb. İlk addım olaraq şəbəkədaxili zənglər zamanı nömrənin əvvəlində 055 prefiksinin yığılmasından ibarət olan onrəqəmli yığım qaydası tətbiq olunub.
"Biz MND-nin nazirliyin tələblərinə uyğun olaraq yaradılması üçün çoxlu vaxt və vəsait sərf etmişik. Bizim sistemlərimiz bütün daxili qəbul sınaqlarından keçirilib və texniki baxımdan prosesə tam hazırdır. Biz əminik ki, MND Azərbaycanın mobil rabitə bazarında rəqabətliyin artırılmasına təkan verəcək. MND-nin tez bir zamanda həyata keçirilməsi üçün əlimizdən gələni edirik. Digər bazarların təcrübəsi göstərir ki, müştərilər üçün geniş seçim imkanlarının yaradılması müsbət nəticələr verir. Zənnimizcə, korporativ və milli biznes seqmentlərində Bakcell şirkəti üçün böyük imkanlar mövcuddur. Hazırda Bakcell-in gəliri əsasən istehlak bazarından əldə olunur və biz müəyyən səbəblərdən rəqiblərimizin xidmətlərindən istifadə edən böyük beynəlxalq korporasiyalar və Azərbaycanda fəaliyyət göstərən böyük milli şirkətlərin Bakcell-in xidmətlərindən yararlanması üçün geniş imkanlar görürük. Biz inanırıq ki istehlak bazarında qazandığımız etibar, bizim həmin seqmetlərdə daha fəal iştirakımız üçün möhkəm zəmin yaradıb", - Şirer əlavə edib.

Mobil Nömrə Daşınması, telefon nömrəni dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanını əldə edəcəklər.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Sür@ xidməti və yeni tərfədaşlıqları vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti