...

Azərbaycanda Azerfon şəbəkəsinin müasirləşdirilməsinə 90 milyon dollar sərmayə qoyulub

Telekommunikasiya Materials 9 Oktyabr 2012 13:09 (UTC +04:00)
"Azerfon" MMC mobil rabitə şəbəkəsinin müasirləşdirilməsinə son bir il ərzində 72 milyon manat sərmayə qoyulub.
Azərbaycanda Azerfon şəbəkəsinin müasirləşdirilməsinə 90 milyon dollar sərmayə qoyulub

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir H.Vəliyev/

"Azerfon" MMC mobil rabitə şəbəkəsinin müasirləşdirilməsinə son bir il ərzində 72 milyon manat sərmayə qoyulub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə şirkətin rəhbəri Yurgen Pits bildirib.

Onun sözlərinə görə, bu, əhatə zonasının genişləndirilməsi ilə yanaşı, şəbəkənin sabit işini təmin etməyə də imkan verir.

Pitsin qeyd etdiyi kimi, bu gün şirkət Bakı Metropoliteninin bütün stansiyalarını üçüncü nəsil (3G) şəbəkəsi ilə əhatə edib.
Yaxın vaxtlarda "Azerfon" mobil rabitə şirkəti "Azərbaycan Hava Yolları" milli aviaşirkətinin avialaynerlərində əlçatan olacaq.
"Azerfon" mobil rabitə operatoru aviaşirkətin hava gəmilərində mobil rabitə xidmətlərinin göstərilməsi üzrə AZAL-la 10 illik saziş imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti