...

Azərbaycanın “Bakcell” mobil rabitə operatoru "Mançester Yunayted"lə saziş imzalayıb (FOTO)

Telekommunikasiya Materials 15 Oktyabr 2012 12:08 (UTC +04:00)
Azərbaycanın "Bakcell" mobil rabitə operatoru "Mançester Yunayted"lə tərəfdaşlıq sazişi imzalayıb.
Azərbaycanın “Bakcell” mobil rabitə operatoru  "Mançester Yunayted"lə saziş imzalayıb (FOTO)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın "Bakcell" mobil rabitə operatoru "Mançester Yunayted"lə tərəfdaşlıq sazişi imzalayıb.

Bununla da "Baksell" MDB-də futbol klubunun ilk rəsmi telekommunikasiya və yayım şirkəti olub ki, nəticədə "Mançester Yunayted"in Azərbaycandakı azarkeşləri, eləcə də "Bakcell"in 2,6 milyon abonenti futbol komandasının unikal kontentinə çıxış əldə edəcəklər.

"Bakcell" şirkəti tərəfdaşlıq çərçivəsində abonentlərə mobil xidmətlərin xüsusi paketini təqdim edəcək.

"Bakcell" layihə çərçivəsində klubun rəsmi "MUTV" telekanalını yayımlamaq hüququ qazanacaq.

Eləcə də "Bakcell" və "Mançester Yunayted"in tərəfdaşlığına həsr olunmuş Wap portalının buraxılışı planlaşdırılır ki, burada müxtəlif xidmət növləri ("Mançester Yunayted"in xəbərləri, oyunların nəticələri, video, rinqtonlar və s.) yerləşdiriləcək.

"Forbes" jurnalının versiyasına görə, "Mançester Yunayted" ən bahalı idman komandaları arasında birinci yeri tutur. "Forbes" "Mançester Yunayted" klubunun qiymətini 2,23 milyard dollar həcmində dəyərləndirir.

"Mançester Yunayted" bütün tarixi ərzində titullarının sayına görə İngiltərənin ən uğurlu komandalarından biridir.

2010/11-ci il mövsümündə "Mançester Yunayted" rekord sayda, 19-cu dəfə İngiltərə çempionu olub, bu göstərici üzrə "Liverpul"u geridə qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti