...

Avropanın aparıcı telekommunikasiya operatoru TASIM layihəsinə qoşulmaq niyyətindədir

Telekommunikasiya Materials 7 Noyabr 2012 12:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr/ Trend, müxbir H.Vəliyev /

Avropanın aparıcı telekommunikasiya operatoru "TeliaSonera" şirkəti Transavrasiya superinformasiya magistralının (TASIM) yaradılması layihəsinə qoşulmağa hazır olduğunu ifadə edib. Bu barədə çərşənbə günü Trend-ə layihə üzrə işçi qrupunun rəhbəri İlyas Naibov-Əylisli bildirib.

"Skandinaviya operatorunun layihəyə birləşməsi üzrə danışıqlar yüksək səviyyədə keçirilib. Bu görüş çərçivəsində "TeliaSonera" rəhbəri ümumi şəkildə layihədə iştirak etməyə hazırlığını ifadə edib", - Naibov-Əylisli bildirib.

Onun sözlərinə görə, çox güman ki, bu şirkətin TASIM layihəsində iştirakı məsələsinə iştirakçıların dekabrda nəzərdə tutulmuş görüşü çərçivəsində toxunulacaq.

Onun sözlərinə görə, ilin sonunadək konsorsiumun yaradılması üzrə işlər başa çatacaq. Daha sonra isə tikintiyə başlanılması planlaşdırılır.

"Nikbin proqnozlara görə, kabel magistralının tikintisi üzrə işlərin 2013-cü ilin sonuna başa çatdırılması nəzərdə tutulur. Onun işə salınması isə 2014-cü ildə olacaq. Əsas məsələ Xəzər dənizinin dibi ilə çəkilməli olan kabel magistralının sualtı hissəsinin tikintisidir. Dəniz seqmenti ilə bağlı danışıqlar prosesi Qazaxıstan tərəfi ilə aparılır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti