...

Sudan Azərbaycan şirkətlərini İKT sahəsində özəlləşdirmədə iştiraka dəvət edir

Telekommunikasiya Materials 24 Noyabr 2012 11:53 (UTC +04:00)
Rabitə və informasiya texnologiyaları nazir Əli Abbasov və Sudanın elm və rabitə naziri, Milli Konqres Partiyasında Asiya məsələləri üzrə katib Eisa Buşa Məhəmməd Həmid arasında ikitərəfli görüş keçirilib.
Sudan Azərbaycan şirkətlərini İKT sahəsində özəlləşdirmədə iştiraka dəvət edir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir H.Vəliyev/

Rabitə və informasiya texnologiyaları nazir Əli Abbasov və Sudanın elm və rabitə naziri, Milli Konqres Partiyasında Asiya məsələləri üzrə katib Eisa Buşa Məhəmməd Həmid arasında ikitərəfli görüş keçirilib. Bu barədə şənbə günü Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Nazirlikdə keçirilən görüşdə Azərbaycanın İKT sahəsində gördüyü işlər, o cümlədən respublikada informasiya texnologiyaları sahəsində aparılan islahatlar, həyata keçirilən yerli və regional layihələr, gələcək perspektivlər barədə qonağı məlumatlandıran nazir ölkəmizdə bu sahənin inkişaf templərinin ildən-ilə yüksəldiyini vurğulayıb.

Sudanlı nazir də öz növbəsində ölkəsində bu sahə üzrə görülən işlər, aparılan elmi araşdrmalar, İKT-nin müxtəlif sahələrə tətbiqi vəziyyəti, həmçinin gələcək plan və layihələrdən söz açıb.

Eisa Buşa Məhəmməd Həmid ölkəmizin Sudanda İKT sahəsinin inkişafına kömək etməsi, bu sahədə aparılan özəlləşdirmə prosesinə Azərbaycan şirkətlərin cəlbi, böyük layihələrdə, xüsusilə də "Elektron hökumət" sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib. Bu məqsədlə sudanlı həmkarı nazir Əli Abbasovu və Azərbaycanda fəaliyyət göstərən İKT şirkətlərinin rəhbərlərini növbəti ilin birinci yarısında Sudana rəsmi dəvət edib.

Öz növbəsində, Abbasov da azərbaycanlı şirkətlər, sərmayədarlar tərəfindən Sudanda informasiya-kommunikasiya texnologiyaları, eləcə də elmi araşdırmalar sahəsinə investisiyaların yatırılmasının əhəmiyyətli olacağını bildirib.

Görüşdə növbəti ilin birinci yarısında Sudanda I Sudan-Azərbaycan İKT forumunun keçirilməsi, ölkələrin İKT bazarında imkanlarının araşdırılması, bu sahədə fəaliyyət göstərən şirkətlərin, eləcə də elmi araşdırmalarla məşğul olan mütəxəssislərin bir araya gələrək, müştərək fikir və təcrübələrinin bölüşdürülməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti