...

"Bakcell" jurnalistlər üçün təlim təşkil edib (FOTO)

Telekommunikasiya Materials 3 Dekabr 2012 18:06 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı internet provayderi "Bakcell" jurnalistlər üçün mobil nömrə daşınması (MND) prosesinə həsr olunmuş təlim təşkil edib. Təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 30-a yaxın jurnalist və bloqçu iştirak edib.
"Bakcell" jurnalistlər üçün təlim təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı internet provayderi "Bakcell" jurnalistlər üçün mobil nömrə daşınması (MND) prosesinə həsr olunmuş təlim təşkil edib. Təlimdə televiziya kanallarını, qəzetləri və xəbər agentliklərini təmsil edən 30-a yaxın jurnalist və bloqçu iştirak edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu təlim Bakcell-in telekommunikasiya sahəsindən yazan jurnalistlər və ümumiyyətlə, mobil rabitə abunəçiləri arasında MND ilə bağlı məlumatlılığın artırılması kampaniyasının komponentlərindən biri olub.

"Bakcell" nümayəndələri MND və onun tarixçəsi, bu prosesin abunəçilər və mobil operatorlar üçün faydası, digər ölkələrin təcrübəsi, MND-nin tətbiqindən sonra abunəçilərin Bakcell-ə qoşulmasını şərtləndirən amillər, MND-yə qoşulma prosedurları və s. barədə təqdimatlarla çıxış ediblər.

"Azərbaycanda yaxın vaxtlarda tətbiqi gözlənilən MND ölkənin telekommunikasiya bazarı üçün çox vacib addımdır. Müşahidələrimiz göstərir ki, həm media, həm də abunəçilər bu proseslə bağlı daha geniş məlumatlılığa ehtiyac duyur. Bu baxımdan biz nömrə daşınması ilə bağlı ilk maarifləndirici tədbiri təşkil etməkdən çox məmnunuq və bu cür təşəbbüsləri davam etdirməyi planlaşdırırıq. Əvvəllər də qeyd etdiyimiz kimi, Bakcell-in şəbəkəsi nömrə daşınması prosesinin tətbiqinə tam hazırdır. Biz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin MND-yə start verildiyini elan etməsini gözləyirik", - Bakcell-in baş icraçı direktoru Riçard Şirer bildirib.

Qeyd edək ki, mobil nömrə daşınması telefon nömrəsini dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanını əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti