...

Azərbaycan Əfqanıstana gömrük sahəsində elektron xidmətlərin tətbiqində kömək edəcək (FOTO)

Telekommunikasiya Materials 30 Yanvar 2013 14:17 (UTC +04:00)
Bakıda "Gömrük sahəsində elektron xidmətlərin tətbiqi və göstərilməsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan Əfqanıstana gömrük sahəsində elektron xidmətlərin tətbiqində kömək edəcək (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir A.Axundov/

Bakıda "Gömrük sahəsində elektron xidmətlərin tətbiqi və göstərilməsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev gömrük xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbirdə deyib.

"May ayında Bakıda gömrük sahəsində elektron xidmətlərin göstərilməsi mövzusunda böyük konfrans keçiriləcək. Konfransda bu sahədə fikir mübadiləsi aparılacaq", - Əliyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan artıq bu sahədə digər dövlətlərlə öz təcrübəsini paylaşmağa hazırdır.

"Bununla əlaqədar, gələn ayın sonunda Əfqanıstana səfər etməyi planlaşdırırıq. Bu barədə müvafiq razılıq var. Bu, beynəlxalq təşkilatlar tərəfindən alqışlanır. Biz bu sahədə Əfqanıstana kömək edəcəyik", - Əliyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti