...

"Azercell"dən Novruz bayramı ərəfəsində xüsusi aksiyalar

Telekommunikasiya Materials 12 Mart 2013 15:28 (UTC +04:00)
Azərbaycanın mobil operatoru "Azercell" MMC çərşənbə axşamı "Bahar", "Limitsiz internet" və "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya" adlı xüsusi aksiyaların təqdimatını keçirib.
"Azercell"dən Novruz bayramı ərəfəsində xüsusi aksiyalar

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil operatoru "Azercell" MMC çərşənbə axşamı "Bahar", "Limitsiz internet" və "Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya" adlı xüsusi aksiyaların təqdimatını keçirib. Trend-in məlumatına görə, şirkət təqdimatda bu aksiyaların başladığını elan edib.

"Bahar" kampaniyası çərçivəsində cəmi 1 manata "Samsung" telefonlarının bəzi modellərini əldə edən və telefonun modelindən asılı olmayaraq, ay ərzində 25, 50, 55 və 60 manat ödəyən abonentlər 200 dəqiqəyədək ölkədaxili danışıq, 200-dək pulsuz SMS və 2 Gb pulsuz internet-trafik qazanacaqlar. Mövcud aksiya "Samsung"un N7100 (Note 2), i9300 (S3), i9100 (S2) və s5830 ACE modelləri üçün nəzərdə tutulub.

"Limitsiz internet" kampaniyası abonentlərə cəmi 9 manat ödəməklə 10 fakturalı müddət ərzində pulsuz USB-modem almaq imkanı və 4 Gb mobil internetdən istifadə (hər fakturalı müddətdə) imkanı yaradır. Limitin qurtarması ilə abonentlər fakturalı müddətin başa çatmasınadək 128 Kbit/s sürəti ilə pulsuz internetdən istifadə edəcəklər. Kampaniya, həmçinin 20 faiz endirimlə korporativ abonentlərə şamil edilir.

"Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya" adlı aksiya 1 il müddətinə davam edəcək. Kampaniyanın şərtlərinə əsasən, adına qeydiyyatdan keçirilən nömrədə balansını dolduran Qarabağ müharibəsi veteranı əlavə edilən məbləğ həcmində bonuslar alacaq. Bonuslar 30 gün ərzində keçərlidir, onlar şəbəkədaxili zənglər, SMS və MMS-lər üçün istifadə edilə bilər və növbəti aya keçə bilməz. Bu aksiyaya qoşulmaq üçün abonent şəxsiyyət vəsiqəsi və veteren vəsiqəsini "Azercell" Müştəri Xidmətləri Mərkəzinə təqdim etməlidir.

Bu gün keçirilən təqdimatda şirkətin iki sosial layihəsinin - mobil diş və mobil göz klinikalarının işindəki yeni mərhələ haqqında məlumat verilib.

"Azercell", həmçinin öz saytının yeniləndiyini açıqlayıb. Yenilənmə abonentlər üçün nəzərdə tutulan müxtəlif xidmətləri əhatə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti