...

Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika keçiriləcək

Telekommunikasiya Materials 4 İyun 2013 17:42 (UTC +04:00)
İyulun 8-də Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika keçiriləcək.
Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika keçiriləcək

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir H.Vəliyev/

İyulun 8-də Azərbaycanın efir məkanında növbəti kompleks profilaktika keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən (İB) bildiriblər.

İB-dən deyiblər ki, kompleks profilaktika ilə əlaqədar olaraq, rəqəmsal TV paketi və radionun yayımı saat 01:00-dan 07:00-dək dayandırılacaq.

Profilaktik işlər iki kateqoriyaya ayrılır: adi və kompleks.

Kompleks profilaktika bütün avadanlığın texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə üzləşməmək baxımından zəruri xarakter daşıyır. Belə ki, teleradio yayımı avadanlığı fasiləsiz olaraq 7/24 rejimində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti