Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir H.Vəliyev/
İyun ayında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 5,2 faiz artaraq iyulun 1-nə 14 332 ədəd təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) yaydığı hesabatda deyilir.
MHM-in məlumatına görə, iyunda Mərkəz tərəfindən 717 rəqəmsal imza kartı verilib.
Verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 10 997 ədəd düşüb, 266 ədəd hüquqi şəxslərə, 3069 ədəd isə vətəndaşlara verilib.
Təsdiq edilmiş elektron xidmətlərin sayının (417 ədəd) 215-dən portalda istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı 436 ədəd təşkil edir.