...

İcazələrin elektron informasiya portalının xidmətlərindən 189 mindən çox istifadəçi yararlanıb

Telekommunikasiya Materials 17 Oktyabr 2013 20:27 (UTC +04:00)
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını sentyabr ayında 7500-ə yaxın internet istifadəçisi ziyarət etmişdir.
İcazələrin elektron informasiya portalının xidmətlərindən 189 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını sentyabr ayında 7500-ə yaxın internet istifadəçisi ziyarət etmişdir.

İnternet istifadəçilərinin 300-dən çoxu Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Ukrayna, Litva, Özbəkistan, İspaniya, Monqolustan, Yunanıstan, Gürcüstan, Rumıniya, İtaliya, Norveç, Səudiyyə Ərəbistanı, Braziliya, Moldova, Filippin, Fransa, Argentina, Macarıstan, Hindistan, İsveçrə, Danimarka və Çindən olmuşdur.

Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 189 mindən çox internet istifadəçisi yararlanmışdır.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. Bu da, qanunvericilik aktlarının layihələrinin ictimai müzakirəsinə imkan yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti