...

Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb

Telekommunikasiya Materials 3 Noyabr 2013 08:30 (UTC +04:00)
Azərbaycanın daha üç dövlət qurumu Hökumət Ödəniş Portalına qoşulub.
Azərbaycanda vahid ödəniş portalına qoşulmuş dövlət qurumlarının sayı artıb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın daha üç dövlət qurumu Hökumət Ödəniş Portalına qoşulub.

Trend-in "Sinam" şirkətinə istinadən verdiyi məlumata görə, apus.az portalına (Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi) qoşulan dövlət qurumları İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Gömrük Komitəsi və Fövqəladə Hallar Nazirliyidir.

Artıq vətəndaşlar bu qurumlara aid olan ödənişləri sərbəst - plastik kart vasitəsilə və ya istənilən bank və poçt şöbəsində nağd ödəyə bilərlər.

Sistem inteqratoru funksiyasını yerinə yetirən "Sinam" şirkəti layihənin reallaşdırılması üzrə texniki işləri görməkdə məsul struktur qismində seçilib.

Qeyd edək ki, hazırda portala 13 dövlət qurumu qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti