...

Kanadanın Vaterloo Universiteti İTU ilə əməkdaşlıq etmək niyyətindədir

Telekommunikasiya Materials 6 Noyabr 2013 11:34 (UTC +04:00)
Kanadanın tanınmış Vaterloo Universiteti Azərbaycanın İnformasiya Texnologiyaları Universitetinin (İTU) formalaşmasına əlindən gələn köməyi göstərməyə hazırdır.
Kanadanın Vaterloo Universiteti İTU ilə əməkdaşlıq etmək niyyətindədir

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir H.Vəliyev/

Kanadanın tanınmış Vaterloo Universiteti Azərbaycanın İnformasiya Texnologiyaları Universitetinin (İTU) formalaşmasına əlindən gələn köməyi göstərməyə hazırdır. Bunu universitetin prezidenti Feridun Hamdullahpur Bakıda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə bildirib. Trend-in xəbərinə görə, bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.

F.Hamdullahpurun sözlərinə görə, Vaterloo Universiteti İTU-ya kurrikulumlar təqdim edə, eləcə də ali məktəblər arasında sıx əlaqələrin inkişafına yardım göstərə bilər.

Öz növbəsində, nazir universitetin gələcək fəaliyyətinin təşkilində Kanada, xüsusilə də Vaterloo Universitetinin təcrübəsinin nəzərdən keçiriləcəyini, həmçinin qarşı tərəflə müzakirələr əsasında birgə fəaliyyət planının hazırlanacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti