...

KATV1 kabel operatoru "BakuTel 2013" sərgisində yeniliklər təqdim edəcək

Telekommunikasiya Materials 29 Noyabr 2013 16:38 (UTC +04:00)
Dekabrın 2-dən 5-dək Bakı Ekspo Mərkəzində Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir - "BakuTel 2013" sərgisi keçiriləcək.
KATV1 kabel operatoru "BakuTel 2013" sərgisində yeniliklər təqdim edəcək

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Dekabrın 2-dən 5-dək Bakı Ekspo Mərkəzində Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir - "BakuTel 2013" sərgisi keçiriləcək. KATV1 kabel operatoru sərgidə yeni məhsulu - yüksəksürətli intenet xidmətini təqdim edəcək.

Eyni zamanda sərgi iştirakçılarını əyləncəli müsabiqələr və hədiyyələr gözləyir. Şirkətlə bağlı bütün suallara cavab almaq və yeniliklərlə tanış olmaq istəyənlər 1302 nömrəli stendə yaxınlaşa bilərlər.

Artıq dördüncü ildir ki, KATV1 kabel operatoru bu sərgidə iştirak edəcək. Bu dəfə də şirkətin stendində KATV1 kabel operatorunun göstərdiyi xidmətlər (analoq, SD, HD və 3D rəqəmsal yayım xidmətləri) haqqında ətraflı məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti