...

İcazələrin elektron informasiya portalından 216 mindən çox istifadəçi yararlanıb

Telekommunikasiya Materials 9 Dekabr 2013 19:33 (UTC +04:00)
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən indiyədək 216 mindən çox internet istifadəçisi yararlanıb.
İcazələrin elektron informasiya portalından 216 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən indiyədək 216 mindən çox internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təkcə noyabr ayında 15 minə yaxın internet istifadəçisi portalı ziyarət edib. Noyabr ayında portalın istifadəçiləri arasında 45 ölkədən - Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Ukrayna, Latviya, Özbəkistan, Cənubi Koreya, Monqolustan, Qazaxıstan, Gürcüstan, Estoniya, İtaliya, İran, Meksika, BƏƏ, Küveyt, Portuqaliya, Avstraliya, Fransa, Slovakiya, İsveçrə, Finlandiya, Bosniya və Herseqovina, Yunanıstan, Pakistandan və s. olan istifadəçilər üstünlük təşkil edib.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 17 dövlət qurumunun 131 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti