...

"Azercell" sosial şəbəkələrdə liderliyə görə təkrarən beynəlxalq sertifikatla təltif olundu

Telekommunikasiya Materials 28 Yanvar 2014 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Azərbaycanın mobil texnologiyalar bazarının lideri "Azercell Telekom" MMC artıq ikinci dəfədir ki, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq, "Socialbakers" beynəlxalq tədqiqat təşkilatının "Socially devoted" ("Sosial sədaqətli") sertifikatına layiq görülüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, sosial şəbəkələrin monitorinqini keçirən məşhur "Socialbakers" şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə "Azercell"in "Facebook" səhifəsi ölkədə ən birinci yeri tutur. Hazırda "Azercell"in rəsmi "Facebook" səhifəsinin istifadəçilərinin sayı 344 min nəfərdən çoxdur və bu rəqəm gündən-günə artmaqdadır.

Hələ 2012-ci ildə "Facebook" səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə "Azercell" ölkədə "Socially devoted" adına layiq görülmüş ilk mobil operator olub. Bu il isə bütün göstəricilər üzrə liderliyi qoruyaraq, şirkət təkrarən bu mükafatla təltif olundu. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. 2013-cü ildə "Azercell"in bu göstəricisi 95,3%-ə bərabər olub və şirkət ən qısa zamanda bu rəqəmi 100%-ə çatdırmağı planlaşdırır.

Yüksək istifadəçi sayı ilə bərabər, "Azercell" səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanıb.

Qeyd edək ki, "Azercell" sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operatordur. Rəsmi səhifəni yaratmaqda məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, yeniliklər haqqında onlara operativ məlumatın çatdırılması idi. Eyni zamanda, bu səhifələrin köməyi ilə şirkət abunəçilərin istək və müraciətlərini daha dərindən başa düşüb, onların çevik cavablandırılmasına nail olub. Bundan əlavə, "Azercell" hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur. Məhz bu yanaşma nəticəsində "Azercell" abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTube və Instagram.

Bu şəbəkələrdən istifadə edərək verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.

Məhz "Azercell" şirkəti sosial şəbəkə istifadəçiləri üçün müxtəlif müsabiqələr təşkil edən, yalnız abunəçilər deyil, bütün iştirakçılara dəyərli hədiyyələr qazanmaq imkanı yaradan ilk mobil operator olub.

Bu fəaliyyətin təbii nəticəsi olaraq, 2012-ci ildə "Azercell"in "Facebook" səhifəsi Azərbaycan İnternet Forumu (AİF) tərəfindən Azərbaycandilli internet resursları arasında keçirilən "MilliNet" Mükafatı müsabiqəsində "Sosial şəbəkələrdə ən yaxşı səhifə" nominasiyasının qalibi olub.

"Twitter" şəbəkəsində Azərbaycan dilindəki məzmunu monitorinq edən Aztwi.com internet səhifəsinin verdiyi statistik məlumata görə, "Azercell"in bu sosial şəbəkədəki səhifəsi yalnız mobil operatorlar arasında deyil, eyni zamanda, ölkədə təmsil olunan bütün brendlər arasında ən çox istifadəçisi olan səhifədir.

Bununla bərabər, "Azercell" Azərbaycanda çalışan bütün şirkətlər arasında öz "Twitter" səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olub. Qeyd edək ki, bu statusu "Twitter" şirkəti məşhur təşkilatlara, brendlərə və tanınmış şəxslərə yalnız özü verir.

Telekommunikasiya xidmətlərində liderliyi qoruyan "Azercell" digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiya və həllərə çıxış imkanı yaratmağa çalışır. Bü gün "Azercell" həm texniki, həm də müştəri xidmətləri baxımından öz abunə bazasını ciddi şəkildə artırmağa hazırdır və 4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək keyfiyyətli rabitənin üstünlüklərindən zövq almaq istəyənləri şirkətin abunəçisi olmağa dəvət edir.

"Azercell" şirkətinin sosial şəbəkələrdəki fəaliyyəti ilə maraqlananlar aşağıdakı linklərdən istifadə edə bilərlər:

Azercell-in Facebook-da rəsmi səhifəsi: www.facebook.com/Azercell
Azercell-in Twitter-də rəsmi səhifəsi: www.twitter.com/Azercell
Azercell-in rəsmi İnstaqram səhifəsi: http://instagram.com/Azercell
Azercell-in Google+ rəsmi səhifəsi: http://google.com/+azercell
Azercell-in rəsmi YouTube kanalı: http://www.youtube.com/AzercellAds

Daha ətraflı məlumat üçün: [email protected]

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "ASAN İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan "Azercell"in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna "Azercell" abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil edib. 2011-ci ildə "Azercell" 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim edib. "Azercell" Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. "Azercell" dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan "TeliaSonera" şirkətlər qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti