...

İnternet-bank xidməti artıq mobil telefonda

Telekommunikasiya Materials 25 Fevral 2014 15:08 (UTC +04:00)
Ötən əsrin sonlarında Böyük Britaniyada yaradılan və bir neçə il sonra ABŞ-da Ev Bankçılığı kimi tətbiq olunan bank-internet xidməti indi bütün dünyada bankların keyfiyyətli xidmət göstəricisinə çevrilib.
İnternet-bank xidməti artıq mobil telefonda

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Ötən əsrin sonlarında Böyük Britaniyada yaradılan və bir neçə il sonra ABŞ-da Ev Bankçılığı kimi tətbiq olunan bank-internet xidməti indi bütün dünyada bankların keyfiyyətli xidmət göstəricisinə çevrilib.

"Unibank" müştəriləri isə artıq öz mobil telefonlarından da internet-bank xidmətinə qoşula bilərlər. Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, bunun üçün müştəri ona sms-xəbər vasitəsilə göndərilən birdəfəlik paroldan istifadə edir. Bu, xidmətdən istifadə edən müştərilərin işini daha da asanlaşdırıb.

Bu gün yüzlərlə "Unibank" müştərisi bank filiallarına gəlmədən, günün istənilən saatında bank hesablarına nəzarət edə və əməliyyatlar aparır. İnternet-Bank sistemi sayəsində müştərilər "Unibank"ın məhsullarından və xidmətlərindən İnternet vasitəsilə cəld, etibarlı və təhlükəsiz şəkildə istifadə edə bilirlər.

Niyə məhz "Unibank"ın internetin xidmətini seçməlisiniz?

Bu xidmət seçimi pulsuzdur, vəsaiti başqa hesablara və banklara köçürmək mümkündür və müştəri hesabları haqda istədiyi məlumat ala bilir.

Pulsuzdur

- Digər banklardan fərqli olaraq, Unibankda İnternet- Banking sifarişi pulsuzdur. Hesab qalığına nəinki baxmaq, həmçinin əməliyyatlar etmək də mümkündür. Əlavə olaraq hesab üzrə çıxarışa da baxmaq olur.

Köçürmə mümkündür

- Unibankın internet-bank xidməti müştərinin bir filialdakı vəsaitini digər filialdakı hesaba köçürməyi, eləcə də bir filialdakı müxtəlif hesablar arasında konvertasiya əməliyyatını, milli valyutada vəsaitin ölkə daxilində banklararası köçürülməsini mümkün edir.

Məlumatlandırır

- Müştərinin xarici valyutada açılmış hesablarından vəsaitin ölkə daxilində və ya xaricə köçürülməsi və hesablardakı vəsait qalıqları və vəsaitlərin hərəkəti üzrə məlumatın əldə edilməsi mümkündür.

Hamı üçündür

- "Unibank"ın internet-bank xidmətindən pərakəndə müştərilərlə yanaşı, korporativ müştərilər də istifadə edə bilərlər.

Təhlükəsizdir.

- "Unibank"ın internet-bank xidmətinə həm sertifikatla, həm də birdəfəlik parollarla daxil olmaq mümkündür ki, bu da sistemi tam təhlükəsiz edir. Birdəfəlik parol isə yalnız hesab sahibinin mobil telefon nömrəsinə göndərilə bilər.

İnternet -bank sistemindən faydalanmaq üçün ən yaxın "Unibank" filialına yaxınlaşın və pulsuz olaraq bu imkanı əldə edin.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti