...

Microsoft: Əməliyyat sisteminin yeni versiyalarına vaxtsız keçid şəbəkə infrastrukturuna təhlükə törədir

Telekommunikasiya Materials 28 Mart 2014 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/

"Microsoft"un əməliyyat sisteminin yeni versiyalarına vaxtsız keçid daxili şəbəkə infrastrukturunu təhlükə altına qoyur. Bunu Trend-ə "Microsoft Azerbaijan" şirkətindən deyiblər.

Daha əvvəl şirkət aprelin 8-də "Windows XP" əməliyyat sisteminə texniki dəstəyin dayandırılacağı ilə bağlı məlumat yaymışdı.

Mənbə bildirib ki, "Microsoft" XP-yə dəstəyin dayandırılacağı barədə müəssisə və şirkətləri artıq məlumatlandırıb: "Yəqin ki, təyin edilmiş müddətədək zəruri tədbirlər görüləcək".

Qeyd edək ki, Azərbaycan hökuməti 2011-ci ilin mayında "Microsoft" ilə rəsmi saziş imzalayıb. Sazişin fəaliyyət dairəsinə düşən bütün dövlət təşkilatları yalnız rəsmi lisenziyası olan proqram təminatından istifadə etməlidirlər.

Bu öhdəlik ölkədə proqram təminatının saxta surətlərinin istifadəsini azaltmaq məqsədi ilə qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti