...

İcazələrin elektron informasiya portalının xidmətlərindən 244 mindən çox istifadəçi yararlanıb

Telekommunikasiya Materials 28 Mart 2014 18:05 (UTC +04:00)
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən indiyədək 244 mindən çox internet istifadəçisi yararlanıb.
İcazələrin elektron informasiya portalının xidmətlərindən 244 mindən çox istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 28 mart /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən indiyədək 244 mindən çox internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, portalın istifadəçiləri arasında dünyanın 30-dan çox ölkəsindən - Böyük Britaniya, Rusiya, ABŞ, Türkiyə, Almaniya, Gürcüstan, İtaliya, BƏƏ, Fransa, Yaponiya, Hindistan, Finlandiya, İsveçrə, Qazaxıstan, Polşa, Sinqapur, Litva, Latviya, Niderland, Lüksemburq, Estoniya, Belçika, Macarıstan və s. olan istifadəçilər üstünlük təşkil edib.

Sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir və layihələr bir ay müddətində saytda saxlanılır.

İndiyədək 18 dövlət qurumunun 136 qanunvericilik aktının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti