...

TASIM iştirakçıları layihənin inkişafının biznes strategiyasını hazırlayırlar

Telekommunikasiya Materials 6 May 2014 14:02 (UTC +04:00)

Azərbaycan, 6 may, Bakı /Trend, müxbir H.Vəliyev/

Trans-Avrasiya Super İnformasiya Magistralının (TASİM) tikinti layihəsinin iştirakçıları layihənin biznes tərkibinin hazırlığına başlayıblar. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Hazırda TASİM layihəsinə Rusiya (operator "Rostelekom"), Qazaxıstan ("KazTransKom"), Türkiyə ("TurkTelecom"), Çin ("ChinaTelecom") cəlb edilib. Azərbaycan layihədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi ilə təmsil olunub.

Nazirin sözlərinə görə, layihənin biznes tərkibinə hazırlıq Avrasiya Alyansı (Eurasian Connectivity Alliance - EuraCA) çərçivəsində aparılır.

Qeyd edək ki, ötən ilin sentyabrında BMT Baş Assambleyası Azərbaycanın Avrasiya alyansının yaradılması və TASİM informasiya magistralının tikintisi üzrə təşəbbüsünü dəstəkləyən qətnamə qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti