...

Əli Abbasov: Azərbaycan və İran İT sahəsində həll olunmamış bütün məsələləri razılaşdırıblar

Telekommunikasiya Materials 4 İyul 2014 12:40 (UTC +04:00)
Azərbaycan və İran sərhədyanı ərazilərdə tezlik ehtiyatlarının tənzimlənməsi üzrə həll olunmamış bütün məsələləri razılaşdırıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib
Əli Abbasov: Azərbaycan və İran İT sahəsində həll olunmamış bütün məsələləri razılaşdırıblar

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan və İran sərhədyanı ərazilərdə tezlik ehtiyatlarının tənzimlənməsi üzrə həll olunmamış bütün məsələləri razılaşdırıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, TV və radio yayımında radiotezlik spektrinin tənzimlənməsi məsələləri, eləcə də beynəlxalq trafikin tranziti iyunda Azərbaycan nümayəndə heyətinin Tehrana səfəri çərçivəsində iki ölkənin nazirlikləri arasında keçirilən danışıqların əsas mövzuları olub.

Nazirin qeyd etdiyi kimi, nazirliyin nümayəndə heyətinin Tehrana səfəri mühüm əhəmiyyət kəsb edir və işlərin iki istiqamətini nəzərdə tutur: Birincisi, teleradio yayımının radio tezlik spektrindən istifadə problemlərinin həlli və beynəlxalq trafikin tranziti. İkincisi, İranın IT sahəsində informasiya texnologiyaları bazarında Azərbaycan sahibkarlarının iştirakının genişləndirilməsi.

Abbasov bildirib: "Hazırda biz tezliklərin tənzimlənməsi və efir məkanına müdaxilə sahəsində həll edilməmiş məsələlərin hamısını tam həll etmişik. Habelə mobil rabitə tezliklərindən istifadə məsələləri tənzimlənib".

İran bazarında Azərbaycan sahibkarlarının iştirakının genişləndirilməsinə gəldikdə, onun sözlərinə görə, bu məsələyə bundan əvvəl iki ölkənin dövlət başçılarının görüşü çərçivəsində toxunulub.

Nazir deyib: "Tehranda keçirilən biznes forum çərçivəsində bu sahədə konkret razılaşmaya nail olunub. Güman edirəm ki, Azərbaycan şirkətlərinin İran bazarına çıxışı daha da genişlənəcək"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti