...

İcazələrin elektron informasiya portalının xidmətlərindən 290 minə yaxın istifadəçi yararlanıb

Telekommunikasiya Materials 18 Avqust 2014 17:19 (UTC +04:00)
İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən iyul ayında 6200-ə yaxın, indiyədək isə 290 minə yaxın internet istifadəçisi yararlanıb.
İcazələrin elektron informasiya portalının xidmətlərindən 290 minə yaxın istifadəçi yararlanıb

Azərbaycan, Bakı, 18 avqust /Trend/

İcazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalının xidmətlərindən iyul ayında 6200-ə yaxın, indiyədək isə 290 minə yaxın internet istifadəçisi yararlanıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyul ayında yerli istifadəçilərlə yanaşı, əsasən Rusiya, ABŞ, Türkiyə, İtaliya və Almaniyadan olan istifadəçilər də portalın xidmətlərindən istifadə ediblər.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir.

İndiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktları layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti