Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Son 5 il ərzində Azərbaycanın informasiya texnologiyaları sektoru 2 dəfə artıb və orta illik artım tempi 17 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov "Xalq qəzeti"nə müsahibəsində bildirib.
"Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş tədbirlərin reallaşdırılması məqsədi ilə yaxın 10 ildə İKT sektorunun həcminin 4-4,5 dəfə artırılması tələb olunur.
İKT sektorunun inkişafında ölkənin mobil rabitə operatorlarının rolu danılmazdır. "Azercell", "Bakcell" və "Azerfon" şirkətlərinin gördüyü işlərin nəticəsi olaraq, bu gün mobil rabitə seqmenti genişlənib, hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabər olub.