...

Cybernet şirkəti Azərbaycanda data-mərkəzlərinin qurulması sahəsində Avropa təcrübəsini təklif edir

Telekommunikasiya Materials 30 Sentyabr 2014 11:50 (UTC +04:00)
Azərbaycanda iri həcmli və müasir tələblərə cavab verən məlumat mərkəzlərinin (data-mərkəzlərin) qurulması məqsədilə sentyabr ayı ərzində "Synergy Group"un üzvü olan “Cybernet” şirkətinin təşkilatçılığı ilə bir sıra dövlət qurunları və özəl şirkətlərlə danışıqar aparılmışdır.
Cybernet şirkəti Azərbaycanda data-mərkəzlərinin qurulması sahəsində Avropa təcrübəsini təklif edir

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Azərbaycanda iri həcmli və müasir tələblərə cavab verən məlumat mərkəzlərinin (data-mərkəzlərin) qurulması məqsədilə sentyabr ayı ərzində "Synergy Group"un üzvü olan "Cybernet" şirkətinin təşkilatçılığı ilə bir sıra dövlət qurunları və özəl şirkətlərlə danışıqar aparılmışdır.

"Data Center Plan" (DCP) komandasına daxil olan şirkətlərin nümayəndələrinin də iştirak etdiyi danışıqlardan məqsəd Azərbaycan üçün yeni olan bu biznesin ölkəmizdə yaradılması və inkişaf etdirilməsidir.

Layihə çərçivəsində Azərbaycan, Sloveniya və Çexiyada təşkil olunmuş çoxtərəfli görüşlər nəticəsində artıq ölkəmizdə fəaliyyət göstərən özəl və dövlət qurumları üçün uyğun bir model seçilmiş, biznes plan da hazırlanmışdır. Hazırki mərhələdə layihəyə maraq göstərən dövlət qurumlarının və şirkətlərin işçi qruplarının təcrübə mübadiləsi və mövcud sistemlərlə tanışlığı məqsədilə Sloveniya, Çex Respublikası və Rumıniyaya səfərləri planlaşdırılmışdır.

Azərbaycanın telekommunikasiya qurumları ilə "Cybernet" şirkəti və DCP üzvlərinin görüşü effektivliyi ilə seçilərək, növbəti mərhələdə 2 həftəlik təlim, tədris, analiz və təcrübə mübadiləsi proqramının hazırlanması planlaşdırılmışdır.

Xatırladaq ki, innovativ və perspektivli layihələri ilə seçilən Cybernet şirkəti 2013-cü ildən DCP komandasına üzv olmuşdur. Data-mərkəzlərin qurulması sahəsində geniş təcrübəyə malik DCP qrupuna Fransa, ABŞ, Rumıniya, Sloveniya, Çexiyadan və s. ölkələrdən olan bir sıra informasiya texnologiyaları, avadanlıq istehsalı, sənaye, tikinti və konsaltinq şirkətləri daxildir. Qeyd edək ki, IBM, Legrand və Caterpillar şirkətləri də DCP komandasının üzvüdürlər.

2004-cü ildən fəaliyyət göstərən və 2011-ci ildən "Synergy Group"un İKT sektoruna daxil olan "Cybernet" şirkəti həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində İT xidmətləri və həlləri tətbiq etmişdir. Şirkət Elektron hökumət həllərinin

tətbiqi və elektron xidmətlərinin yaradılmasında böyük təcrübəyə malikdir.

Tel:(+994 12) 464-22-25

Faks: (+994 12) 464-22-26

Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti