...

Azərbaycanın ali məktəb məzunları üzrə məlumat "Elektron hökumət" portalında yerləşdirilib

Telekommunikasiya Materials 8 Oktyabr 2014 11:37 (UTC +04:00)
Azərbaycanın ali məktəb məzunları üzrə məlumat "Elektron hökumət" (e-gov.az) portalında yerləşdirilib.
Azərbaycanın ali məktəb məzunları üzrə məlumat "Elektron hökumət" portalında yerləşdirilib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın ali məktəb məzunları üzrə məlumat "Elektron hökumət" (e-gov.az) portalında yerləşdirilib. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

Diplom barədə məlumatı diplomun nömrə və seriyasından, eləcə də şəxsiyyət vəsiqəsinin nömrəsindən istifadə etməklə əldə etmək mümkündür. Fərdi eyniləşdirmə nömrəsi (FIN) və portalda autentifikasiyadan keçmiş şəxslər üçün şəxsiyyət vəsiqəsinin nömrəsi avtomatik olaraq əks olunur.

Hazırda elektron xidmətlər portalının köməyi ilə Təhsil Nazirliyinin göstərdiyi elektron xidmətlərin sayı üçə çatıb.

Qeyd edək ki, "Elektron hökumət" portalı vətəndaşlar, dövlət və özəl sektorun müəssisələri ilə işləyən vacib alətdir. Portal vətəndaşlardan tələb olunan sənədlərin azaldılmasına hesablanıb. Bu, müxtəlif orqanların bir-biri ilə elektron şəkildə qarşılıqlı fəaliyyət göstərməsi sayəsində mümkündür.

"Elektron hökumət" portalında təsdiq edilmiş elektron xidmətlərin ümumi sayının (446) 347-dən istifadə etmək mümkündür. Azərbaycanın dövlət qurumlarının saytlarında yerləşdirilmiş elektron xidmətlərin ümumi sayı isə 478-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti