...

"Azercell" abunəçilərinin sayı 4,6 milyonu ötdü

Telekommunikasiya Materials 26 Noyabr 2014 13:40
Azərbaycanın mobil rabitə bazarının 51 %-nə nəzarət edən, şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edən "Azercell" Telekom MMC abunəçilərinin sayı 4.6 milyonu ötdü.
"Azercell" abunəçilərinin sayı  4,6 milyonu ötdü

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Azərbaycanın mobil rabitə bazarının 51 %-nə nəzarət edən, şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edən "Azercell" Telekom MMC abunəçilərinin sayı 4.6 milyonu ötdü.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, hal-hazırda 4.6 mln artıq abunəçi ilə "Azercell" Azərbaycan mobil rabitə bazarının lider şirkətidir. Fəaliyyətə başladığı gündən etibarən şirkət öz abunəçilərini yalnız ən keyfiyyətli və ən yaxşı məhsullara layiq bilib. Azercell-in abunəçiləri daim telekommunikasiya dünyasının nəbzini tutur, ən son texnologiyalardan xəbərdar olurlar. Azercell-in lider olması onun fəaliyyət göstərdiyi bütün sahələrdə daim təkmilləşməyə, yenilənməyə və öndə getməyə sövq edir. Azercell bir çox yenilikləri Azərbaycana gətirdi. Şirkət fakturasız xətt sistem, mobil internet, mobil bank, mobil naviqasiya, avtomobillərin idarə olunması, BlackBerry həlləri, 4G, Asan İmza, cihazdan- cihaza (M2M), bir nöqtədə üç xidmət konsepsiyası (Azercell Ekspres ofisləri), fasiləsiz çalışan telefon mərkəzi, həftədə 7 gün çalışan Ön Masa müştəri xidmətləri, korporativ abunəçilər üçün müştəri xidmətləri, təcili onlayn müştəri xidmətləri və s. innovasiyaları təqdim edən ilk mobil operator olmuşdur.Bu gün 4,6 milyonluq abunəçi ailəsi olan Azercell öz faydalı təklifləri və yüksək keyfiyyəti ilə müştərilər üçün ən əlverişli seçimdir. Məhz Azercell-də üç milyondan artıq abunəçi, yəni müştəri bazasının 70%, üçüncü dəqiqədən sonra sıfır tariflə danışır - bunların bir milyonu "Bölgə" tarifinin, digər iki milyonu isə gənc seqmentlər üçün tariflərin istifadəçiləridir.

TeliaSonera ailəsinin bir üzvü kimi şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib. Ötən ilin sonuna mövcud olan 5 minə yaxın baza stansiyasından 261-si məhz Bakı və Abşeron yarımadasını əhatə edən LTE (4G) şəbəkəsinə xidmət edir. Dünyada mobil internetin sürətini ən dəqiq ölçən sistem - "Ookla Net Index" göstəricisinə əsasən Azercell-in təqdim etdiyi Mobil İnternet Azərbaycanın mobil operatorları arasında ən sürətlisidir. Belə ki, sistem ölçmələrinə əsasən Azercell hazırda saniyədə 6,12 MB sürətli İnterneti təqdim edir. Azercell uzun müddətdir ki, qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayədarı kimi də tanınır. Azercell-in bu illər ərzində Azərbaycanın telekommunikasiya sektoruna yatırdığı sərmayənin ümumi məbləği 1 milyard ABŞ dollarından artıqdır. Şirkətin dövlət büdcəsinə ödədiyi vergilər isə 1 milyard ABŞ dollarından artıq məbləği təşkil edir.

"Azercell" bu 18 ilə yaxın müddət ərzində telekommunikasiya bazarından kənardakı fəaliyyəti ilə də öndə olub. Korporativ Sosial Məsuliyyət anlayışını Azərbaycanda tanıtdıran şirkət indiyə qədər təhsil, səhiyyə, idman, mədəniyyət, gənclər və uşaqların inkişafı sahəsindəki sosial layihələrin həyata keçirilməsinə son 18 il ərzində 18 mln ABŞ dollarından artıq vəsait sərf edib.

Sürətlə dəyişən bu mühitdə Azercell daim müştərilərin ehtiyaclarını anlamağa çalışır. Çevikliyi və yenilikçiliyi əsas tutaraq, Azercell abunəçilərə həm keyfiyyətli həm də sərfəli məhsullar və xidmətlər təklif edir, və bu istiqamətdə öz fəaliyyətini davam etdirir.

"Azercell" Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq, Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza" və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti