...

Azərbaycanda mobil nömrə daşınması xidmətinin istifadəçilərinin sayı artır

Telekommunikasiya Materials 5 Yanvar 2015 15:57 (UTC +04:00)
Azərbaycanda mobil nömrə daşınması xidmətinin istifadəçilərinin sayı sürətlə artır.
Azərbaycanda mobil nömrə daşınması xidmətinin istifadəçilərinin sayı artır

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Azərbaycanda mobil nömrə daşınması xidmətinin istifadəçilərinin sayı sürətlə artır. Bu barədə Trend Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, ötən ilin 1 fevralından etibarən göstərilməyə başlanılan xidmətdən indiyədək 12 mindən çox abunəçi istifadə edib.

Qeyd edək ki, mobil cihazların qeydiyyatının aparılmasında məqsəd abunəçilərin mobil cihazlardan rahatlıqla istifadə etməsinə şərait yaradılmasından, mənşəyi bilinməyən, texniki parametrləri standartlara uyğun olmayan, keyfiyyət əmsalları aşağı olan və insan orqanizmi üçün zərərli elektromaqnit şüalanmaları yayan mobil cihazların ölkəyə idxalının qarşısının alınmasından, həmçinin istehsalçı şirkətlərin tanınma dərəcəsinin və rəqabətqabiliyyətinin yüksəlməsinin təmin edilməsindən ibarətdir.

Eyni zamanda, qeydiyyat sistemi itirilən mobil cihazların şəbəkədə istifadəsini mümkünsüz edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti