...

Azərbaycan və Türkiyə milli əlifbada domenlərdən istifadə etmək niyyətindədirlər

Telekommunikasiya Materials 22 Fevral 2015 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir, Hüseyn Vəliyev/

Azərbaycan və Türkiyə latın qrafikalı milli əlifbadan istifadə etməklə domen adların yaradılması üzrə birgə işin aparılması imkanlarını nəzərdən keçirirlər. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda bu məsələ aktualdır və artıq bir çox ölkə milli əlifbaların hərflərindən istifadə etməklə domen adlarını işə salıblar.

Beynəlxalq domen adları (IDN - Internationalized Domain Names) milli əlifbanın simvollarını da ehtiva edirlər, bununla əlaqədar olaraq domen adları nəinki ingilisi əlifbası, həm də müxtəlif əlifbaları dəstəkləyəcək. Hazırda milli əlifba istifadə edən milli domenlər 30-a yaxın ölkədə tətbiq edilir.

Mənbə bildirib ki, bir neçə hərf (ö, ə, ü, ı, ç, ş, ğ) istisna olmaqla, Azərbaycan əlifbasında əhəmiyyətli fərqi yoxdur. Bu baxımdan məsələ elə də aktual deyil, lakin Türkiyə ilə səyləri birləşdirib bu məsələni həll etmək ideyası var. Bu ideyaya gələcəkdə Türkmənistan da qoşula bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti