...

Azərbaycan "Android" və "iOS" brauzerlərindən müvəqqəti olaraq istifadə etməməyi tövsiyə edir

Telekommunikasiya Materials 19 Mart 2015 17:19 (UTC +04:00)
Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) "Android" və "iOS" əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğuların istifadəçilərinə müvəqqəti olaraq yüklənmiş brauzerlərdən imtina etməyi tövsiyə edir.
Azərbaycan "Android" və "iOS" brauzerlərindən müvəqqəti olaraq istifadə etməməyi tövsiyə edir

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzi (CERT) "Android" və "iOS" əməliyyat sistemlərinin idarəsi altında işləyən qurğuların istifadəçilərinə müvəqqəti olaraq yüklənmiş brauzerlərdən imtina etməyi tövsiyə edir.

Trend-in CERT-ə istinadən verdiyi məlumata görə, buna səbəb FREAK (Factoring attack on RSA-EXPORT Keys) adlanan boşluğun yaranması və onun "Safari" və inteqrasiya edilmiş "Android" brauzerindən istifadə edən bütün qurğulara yayılmasıdır.

FREAK-hücum istifadəçinin dağıdılmış saytına daxil olmuş şəxsin məlumatlarının oğurlanması üçün istifadə edilə bilər.

"Apple" və "Googlе" artıq boşluğun aradan qaldırılması üzərində işləyir, "iOS" və "Android"in də yaxın vaxtlarda bu boşluqdan çıxması gözlənilir.

Bunadək "Android" istifadəçilərinə müəyyən vaxtlıq daxili brauzerdən imtina edib "Google Chrome" və ya digər kənar brauzerdən istifadə etməyi tövsiyə edilib. "iOS" istifadəçiləri isə "Apple"dan olan yenilənmələri gözləməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti