...

Azərbaycanın mobil operatoru 4G şəbəkəsini işə salır (ƏLAVƏ OLUNUB)

Telekommunikasiya Materials 5 May 2015 12:35 (UTC +04:00)
Azərbaycanın mobil operatoru Bakcell şirkəti LTE şəbəkəinin kommersiya istismarına buraxdığını bildirib
Azərbaycanın mobil operatoru 4G şəbəkəsini işə salır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir Hüsen Vəliyev/

Azərbaycanın mobil operatoru Bakcell şirkəti LTE 4G şəbəkəsinin kommersiya istismarına buraxıldığını bildirib.

Bu barədə şirkətin rəhbəri Riçard Şirer 4G şəbəkəsinin işə salınmasına həsr olunan mətbuat konfransında bildirib.

Bakcell həmçinin şəbəkə istifadəçiləri üçün 3 yeni paket təqdim edib.

Mətbuat konfransında qeyd edilib ki, smartfon istifadəçiləri üçün 3 qiqabayt trafikli paketin qiyməti 10 manat təşkil edir: "Portativ kompyuterlər üçün 45 qiqabaytlıq paket 60 manat təşkil edəcək. Bu paketin istifadəçilərinə həmçinin pulsuz 4G modem təklif ediləcək. Planşet kompyuter istifadəçiləri üçün isə pulsuz 4G nömrəsi ilə 10 qiqabayt paket 15 manat dəyərində təklif ediləcək".

Twiter : @h_veliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti