...

Rabitə Nazirliyinin əməkdaşı BTİ-nin peyk xidmətləri üzrə komissiyasının sədr müavini seçilib

Telekommunikasiya Materials 31 Oktyabr 2015 17:41 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı BTİ-nin peyk xidmətləri üzrə tədqiqat komissiyasının sədr müavini seçilib.
Rabitə Nazirliyinin əməkdaşı BTİ-nin peyk xidmətləri üzrə komissiyasının sədr müavini seçilib

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən hər dörd ildən bir Rabitə Assambleyası (RA) keçirilir. Sonuncu Assambleya cari ilin 26-30 oktyabr tarixlərində baş tutub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Assambleyanın keçirilməsinin məqsədi BTİ-nin radiorabitə üzrə tədqiqat komissiyalarının keçən dövr ərzində gördükləri iş üzrə hesabatların dinlənilməsi, komissiyalardan radiorabitə sahəsində araşdırmaların aparılması üçün yeni tapşırıqların verilməsi, eyni zamanda tədqiqat komissiyalarına növbəti dövr üçün rəhbər vəzifələrə seçkilərin təşkil olunmasıdır.

Hazırda Rabitə Assambleyasının qərarına əsasən 6 tədqiqat komissiyası fəaliyyət göstərir. Bu tədqiqat komissiyalarına tezliklərdən istifadənin idarə edilməsi, radiodalğaların yayılması, peyk xidmətləri, yerüstü xidmətlər, yayım xidmətləri və elmi xidmətlər aiddir.

Cari ildə keçirilmiş Radiorabitə Assambleyasında peyk xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna sədr müavini vəzifəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Sahibə Həsənovanın namizədliyi verilib və qəbul olunub.

Azərbaycan nümayəndəsinin sədr müavini kimi fəaliyyət göstərəcək tədqiqat komissiyası peyk xidmətləri üzrə texniki və prosedur qaydaları üzrə araşdırmaları həyata keçiriləcək ki, bu da hazırda Azərbaycanda prioritet sahələrdən biri hesab edilən peyk sahəsinin ölkədə inkişaf etdirilməsində öz töhfələrini verəcək.

Xəbər lenti

Xəbər lenti