Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:11-də yayılıb)
Bakı. Hüseyn Vəliyev - Trend:
"Bakcell" MMC-yə yeni rəhbər təyin edilib. Bu, telekommunikasiya bazarında 20 illik iş təcrübəsi olan Nikolay Bekersdir. Trend-in məlumatına görə, bu barədə "Bakcell" şirkətinin bu gün keçirdiyi mətbuat konfransında bildirilib.
O, səlahiyyətlərinin icrasına mayın əvvəlindən başlayıb.
2011-ci aprelin 1-dən "Bakcell"in baş icraçı direktoru vəzifəsini Riçard Şirer tutur.
N.Bekers 2013-cü ilin aprelindən "Telekom Romania Communications S.A" ya rəhbərlik edib.