...

Azərbaycan gömrüyünün daha bir e-xidməti e-hökumət portalına inteqrasiya edilib

Telekommunikasiya Materials 20 May 2016 12:03 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin daha bir xidməti "Elektron hökumət" (e-gov.az) portalına intqrasiya edilib.
Azərbaycan gömrüyünün daha bir e-xidməti e-hökumət portalına inteqrasiya edilib

Bakı. Hüseyn Vəliyev - Trend:

Dövlət Gömrük Komitəsinin daha bir xidməti "Elektron hökumət" (e-gov.az) portalına inteqrasiya edilib. Trend-in xəbərinə görə, bu barədə Məlumat Hesablama Mərkəzinin yaydığı məlumatda deyilir.

Yeni elektron xidmət "Sərhədyanı gömrük məntəqələrində qeydiyyata alınmış məhsullarım" adlanır və komitənin e-xidmət bölməsində əlçatandır.

Bu xidmətdən istifadə edən fiziki və hüquqi şəxslər elektron imza və VÖEN-dən istifadə edəcək adlarına gəlmiş məhsullar barədə məlumat ala bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti