...

Rabitəçilər bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər

Telekommunikasiya Materials 9 Sentyabr 2016 11:45 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Qurban bayramı ərəfəsində rabitə, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz xidmətini təmin etmək məqsədilə struktur bölmələrinə tapşırıq verib.
Rabitəçilər bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər

Bakı. Hüseyn Vəliyev – Trend:

Rabitə və İnformasiya Texnologiyaları Qurban bayramı ərəfəsində rabitə, internet, televiziya, radio və poçt rabitəsinin fasiləsiz xidmətini təmin etmək məqsədilə struktur bölmələrinə tapşırıq verib. Bu barədə Trend-ə nazirlikdən bildiriblər.

Nazirliyin məlumatına görə, rabitə şəbəkələrinin fasiləsiz işini təmin etmək üçün dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş rejimdə işləyəcəklər.

Nazirlik telefon xətlərinin və borcu olan abonentlərin (onların müraciəti əsasında) fasiləsiz işini təmin etməyi tapşırıb.

Operatorların bütün struktur bölmələrinə mümkün problemlərin təcili aradan qaldırılması üçün təhlükəsizlik xidmətini gücləndirmək və regional qəza briqadalarını hazırlıq vəziyyətinə gətirmək tapşırığı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti