...

“Nar” yeni “Full” paketlərini təqdim edib

Telekommunikasiya Materials 3 Noyabr 2017 17:52 (UTC +04:00)
“Nar” tamamilə yeni “Full” paketlərini təqdim edib.
“Nar” yeni “Full” paketlərini təqdim edib

Bakı. Trend:

“Nar” tamamilə yeni “Full” paketlərini təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, “Full 9”, “Full 14” və “Full 19”, paketlərindən birinə qoşulan abunəçilər bu sərfəli təklif sayəsində bol ünsiyyətdən həzz almanın sevincini yaşayacaqlar. Ölkədaxili danışıq dəqiqələri və bol internetin daxil olduğu paketlərin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. Belə ki, abunəçilərin arzu və istəklərini hər zaman nəzərə alan “Nar” istifadə edilməyən bonusların bir sonrakı aya keçməsini məhz “Full” paketi ilə təmin etdi.

“Full 9” paketinə qoşulduğu andan etibarən, abunəçi bonus olaraq 300 ölkədaxili dəqiqə və 1,5 GB internet trafiki, “Full 14” və “Full 19” paketlərinə qoşulduqda isə, müvafiq olaraq 450 ölkədaxili dəqiqə, 2 GB internet və 600 ölkədaxili dəqiqə, 2,5 GB internet trafiki qazanır. Paketlərin həcmindən asılı olaraq abunəçinin balansından müvafiq qaydada 9 AZN, 14 AZN və ya 19 AZN çıxılır. Paketi davamlı yeniləyən abunəçinin istifadə etmədiyi bonuslar isə növbəti aya keçir.

İrihəcmli “Full” paketləri və digər məlumatları nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim etmişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti