...

Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

Telekommunikasiya Materials 13 Aprel 2018 10:42 (UTC +04:00)
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
Qobustan stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

Bakı. Trend:

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.

Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, eyni zamanda, 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 143 yoldəyişən yenisi ilə əvəz olunub.

Hazırda Qobustan stansiyasında 2 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Qeyd edək ki, bu, son 1 həftə ərzində əsaslı təmir olunan 5-ci yoldəyişən qurğudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti