...

İsmayıllıda selin yaratdığı rabitə problemləri aradan qaldırılır

Telekommunikasiya Materials 4 İyun 2018 12:20 (UTC +04:00)
İsmayıllıda selin yaratdığı rabitə problemləri aradan qaldırılır.
İsmayıllıda selin yaratdığı rabitə problemləri aradan qaldırılır

Bakı. Hüseyn Vəliyev - Trend:

İyunun 1-nə keçən gecə güclü qasırğa ilə müşayiət olunan leysan yağışları “Aztelekom” MMC-nin İsmayıllı telekommunikasiya qovşağının xidmət zonasında xətlərin sıradan çıxmasına, telekommunikasiya xidmətlərində qüsurların yaranmasına səbəb olub.

Bu barədə Trend-ə MMC-dən məlumat verilib.

Qeyd olunub ki, problemlərin aradan qaldırılması üçün yerlərə qəza briqadaları cəlb olunub.

İlkin məlumatlara görə, şəbəkənin işinin bərpası üçün daha bir gün tələb olunacaq.

Sel suları telefon rabitəsi dayaqlarını aşırıb və əsasən İsmayıllıda, eləcə də Buynuz, Diyallı və digər kəndlərdə telekommunikasiya infrastrukturuna ziyan vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti