...

İsmayıllıda qasırğa nəticəsində yaranan rabitə problemləri qismən aradan qaldırılıb

Telekommunikasiya Materials 6 İyun 2018 12:10 (UTC +04:00)
İsmayıllıda qasırğa nəticəsində yaranan rabitə problemləri qismən aradan qaldırılıb.
İsmayıllıda qasırğa nəticəsində yaranan rabitə problemləri qismən aradan qaldırılıb

Bakı. Hüseyn Vəliyev - Trend:

“Aztelekom” MMC-nin İsmayıllı telekommunikasiya qovşağının xidmət zonasında leysan və qasırğa nəticəsində yaranmış qüsurlar qismən aradan qaldırılıb.

Bu barədə Trend-ə MMC-dən bildiriblər.

Qeyd olunub ki, qəza xidməti briqadaları bərpa işlərini davam etdirir:

“Qasırğa ilə müşayiət olunan leysan yağışları şənbə günü İsmayıllı və Göyçay rayonlarında müşahidə olunub. Qəza briqadaları dərhal bərpa işlərinə başlayıb ki, bu da rabitə xidmətlərinin qismən bərpa olunmasına imkan verib. Dayaq dirəklərinin quraşdırılması, yeni kabellərin döşənməsi, abunəçilərin şəbəkəyə qoşulması üçün vaxt tələb olunur. Bərpa işləri davam etdirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti