"Bakcell" və “PwC Azərbaycan”ın birgə layihəsindən 100 uşaq bəhrələnib (FOTO)

"Bakcell" və “PwC Azərbaycan”ın birgə layihəsindən 100 uşaq bəhrələnib (FOTO)

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkətinin “Azərbaycana Birgə Yardım” (UAFA) təşkilatı ilə birgə həyata keçirdiyi növbəti “İncəsənət vasitəsilə ünsiyyət” layihəsi başa çatıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, özünün “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bərabər hüquq və imkanların təmin edilməsi, onların asudə vaxtının səmərəli təşkili və cəmiyyətə tam inteqrasiya olunmalarını təmin edən Bakcell sözügedən layihənin icrasında aparıcı beynəlxalq peşəkar xidmətlər şirkəti olan “PwC Azərbaycan”la səylərini birləşdirib. Bakcell və PwC şirkətlərinin əməkdaşlığı sayəsində bu layihə üzrə bütün fəaliyyətlər maliyyələşdirilərək daha çox uşağa dəstək olmağa imkan yaradılıb.

Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) Mərkəzində həyata keçirilən rəsm, rəqs və teatr dərnəyindən ümumilikdə 75 uşaq yararlanıb. Xaçmaz İƏR mərkəzində isə 24 uşaq rəqs və rəsm dərnəklərinə cəlb olunub.

Valideynlər keçirilən dərnəklərin uşaqların həyatında böyük rol oynadığını dəfələrlə qeyd ediblər. Aşağı ətrafların inkişafdan geri qalması çətinliyi olan Rəsul Zəkiyevin anası Mehriban Zəkiyeva deyir ki, “İncəsənət vasitəsilə ünsiyyət” onun oğlunun inkişafında mühüm rol oynayıb: “Oğlum noyabr ayından Yasamal İƏR mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinə gedirdi. Bu məşğələlər müddətində Rəsulun özünəinamın artdığını, həmyaşıdları ilə həvəslə ünsiyyət qurduğunu gördüm. Həmçinin rəsm çəkməklə oğlumda gizli qalmış istedadı aşkarlamış olduq. Bu hal məni çox sevindirir və oğluma dəstək olan hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, bu dərnəklərdən 2010-cu ildən başlayaraq Bakcell şirkətinin dəstəyi ilə davamlı şəkildə həyata keçirilən bu layihədən hər il onlarla uşaq bəhrələnir və uğur qazanır.

“Bu vaxta kimi Xaçmaz İƏR mərkəzinin dərnəklərindən yararlanan uşaqlar şahmat, dama, armreslinq yarışlarında uğurla iştirak edərək mükafatlar qazanıb. Uşaqların çəkdiyi rəsmlər dəfələrlə müxtəlif sərgilərdə nümayiş olunub. Rəqs dərnəyinə qatılan uşaqlar Əlillərin VII Ümumrespublika Bədii Yaradıcılıq Zona Baxış Müsabiqəsində iştirak edərək xüsusi diplomlarla təltif olunublar. Ənənəvi olaraq hər il keçirilən 3 dekabr Beynəlxalq Əlillər Günü, Yeni İl şənliyi, Novruz bayramı, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi bayram tədbirlərində iştirak təkcə uşaqların deyil, onların valideynlərin də həyatında dəyişikliklərə səbəb olur”, deyə UAFA-nın Xaçmaz İƏR mərkəzinin Koordinatoru Kəmalə Əliyeva bildirib.

Yasamal İƏR mərkəzinin Valideyn Birliyi Koordinatoru Zəhra Xələfova deyir ki, Mərkəzdəki dərnəklərə qatılan uşaqlar müxtəlif tədbirlərdə böyük həvəslə iştirak ediblər: “Müasir İncəsənət Muzeyinin “Sehirli çubuq” layihəsi çərçivəsində bizim uşaqların rəsmlərindən ibarət kitab çap edilib. Novruz bayramında uşaqlarımız Rəssamlar Akademiyasında keçirilən “Saf Rənglər” adlı rəsm sərgisində uğurla iştirak ediblər. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə teatr dərnəyi “Qırmızı papaq” nağılını səhnələşdirdi. Bunların hamısı uşaqların aylarla dərnəklərdə öyrəndiklərinin bəhrəsi idi”.

Bakcell şirkətinin UAFA təşkilatı ilə sıx əməkdaşlığı 2010-cu ildən başlayıb və həmin vaxtdan bu günə qədər olan müddət ərzində “UAFA”nın Gəncə, Xaçmaz və Yasamal İcma Əsaslı Reabilitasiya (İƏR) mərkəzlərində təşkil edilmiş dram, rəqs, rəsm və yaradıcılıq dərnəklərindən 1000 nəfərdən artıq uşaq bəhrələnib. Layihə çərçivəsində təşkil olunan dərnəklər cəmiyyətdə sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyə qarşı münasibəti dəyişir və bu uşaqların cəmiyyətə tam inteqrasiya olunmalarının təmin edilməsinə kömək edir.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

PwC Azərbaycan müxtəlif sahələr üzrə audit, vergi, hüquq və məsləhət xidmətləri göstərir. PwC Bakı ofisində 6 ölkədən 140-dan çox əməkdaşımız yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyəti xidmətlər göstərən 236,000 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələləri bizimlə bölüşün və əlavə məlumat üçün saytımıza daxil olun: www.pwc.com.

PwC son 25 il ərzində Mərkəzi və Şərqi Avropada fəallığını artırmışdlr. Bu gün regionda 29 ölkə üzrə 55 ofisimizdə çalışan 8,800 mütəxəssis yerli bazarlarda müştərilərimizin daha çox uğur qazanması və qlobal rəqabət qabiliyyətini artırmasına köməklik göstərir.

Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Loading Bars
Xəbər lenti
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Sənaye və məişət tullantıları ilə bağlı 650 nəfər barəsində tənbeh tədbiri görülüb
Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq
Balakəndə əməliyyat, polis narkobaronu yaxaladı
Bu il Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)
Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb, müəssisə rəhbəri işdən azad edilib
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır! (VİDEO)
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
AHİK rəhbərliyi Fəxri xiyabana gedərək Ulu Öndərin xatirəsini yad ediblər (FOTO)
Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır - İsrailli ekspert
Son 2 ayda azad olunan ərazilərdə 10 yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Bakı Ali Neft Məktəbinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransları başa çatır (FOTO)
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub (FOTO)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
CBC radiosunun Qarabağda yayımı başlayıb
Xaçmaz RİH başçısı İkinci dünya müharibəsi iştirakçısını evində ziyarət edib (FOTO)
Xəritələrin verilməməsi minatəmizləmə işini ləngidir: Yeni avadanlıqlar gətiriləcək - Trend TV-nin Füzulidən REPORTAJI
Bütün xəbərlər