...

Azərbaycanda yeni elektron hökumət portalı işə salınacaq

Telekommunikasiya Materials 24 Aprel 2019 12:07 (UTC +04:00)
Gələn ay Azərbaycanda yeni elektron hökumət portalı (mygov.az) işə salınacaq
Azərbaycanda yeni elektron hökumət portalı işə salınacaq

Bakı. Xeyrəddin Nəsirzadə - Trend:

Gələn ay Azərbaycanda yeni elektron hökumət portalı (mygov.az) işə salınacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O qeyd edib ki, “mygov.az” saytında “ASAN Pay” xidmətlərindən yararlanmaq mümkün olacaq. Portal vasitəsilə vətəndaşlar sistemə qoşulmuş müxtəlif struktur və şirkətlərin xidmətlərindən istifadə edəcək.

Onun sözlərinə görə, hazırda xidmətlərin sayta qoşulması üzrə işlər başa çatdırılır.

“ASAN Pay” bank, mobil, kommunal, lizinq, vergi, miqrasiya, məhkəmə kimi xidmətlər daxil olmaqla 541 növ xidmət üzrə ödəniş etməyə imkan verəcək.

Bu günə qədər 10 mindən çox “ASAN Pay” ödəmə terminalı quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti