...

Azərbaycanda mobil rabitə operatorları 6 ayda 420 milyon manatdan çox gəlir əldə edib

Telekommunikasiya Materials 24 İyul 2019 20:26 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 999,8 milyon manatlıq xidmət göstərib.

Trend-in məlumatına görə, göstərilən xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub.

2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 42,2 faizi və ya 421,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti