Bakı. Trend:
"Azercell Telecom" MMC Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ ilə əlaqədar bu ölkədə səfərdə olan abunəçilərinin nömrələrinə 400 MB internet paketi yükləyib.
Trend-in məlumatına görə, Türkiyədə səfərdə olan abunəçilərin nömrələrinə internet paketlərinin yüklənməsi İstanbul şəhərində qeydə alınan yeraltı təkanlarla əlaqədar olaraq, ailələri və yaxınları ilə kəsintisiz əlaqəni təmin etmək məqsədi daşıyır.
Təcili hallarda Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Səfirliyinə müraciət etməyiniz xahiş olunur.