Bakı. Trend:
"Apple" şirkətinin əməkdaşları yaxın həftələrdə işləmək üçün ofislərə qayıdacaqlar.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.
Bildirilir ki, şirkət rəhbərliyi iş rejimini tədricən bərpa edəcək. İlk mərhələnin may ayının sonu iyun ayının əvvəli həyata keçirilməsi və şirkətin əsas ofislərinin işçilərinin qayıdması nəzərdə tutulur. Bu siyahıya Kaliforniya ştatındakı Kupertinoda "Apple park" campusunun əməkdaşları daxildir. İkinci mərhələ İyul ayında baş tutacaq ki, bu zaman bütün qalan ofislərin əməkdaşlarınında iş yerlərinə qayıtmaları nəzərdə tutulur.
Bundan əlavə, Aydaxo, Cənubi Kaliforniya, Alabama və Alyaska ştatlarında şirkətin bir neçə mağazaları işlərini bərpa edəcəklər. Ümumilikdə "Apple" korporasiyasının dünya üzrə 500-dən artıq satış məntəqəsi var.