...

"Facebook" xidmətlərinin tədricən bərpasını təsdiqlədi

Telekommunikasiya Materials 5 Oktyabr 2021 03:13 (UTC +04:00)

Bakı. Trend:

"Facebook" şirkəti xidmətlərinin tədricən bərpasını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzetinə sosial şəbəkənin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, xidmətlər tədricən bərpa edilir, amma onların "işinin sabitləşməsi üçün bir az vaxt lazım olacaq".

Xatırladaq ki, daha əvvəl dünyadakı, o cümlədən Azərbaycandakı bir sıra istifadəçi "Facebook" və "Instagram" sosial şəkələrinin fəaliyyətinin bərpa edildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti