Bakı. Trend:
Yaxın illərdə Azərbaycanın bütün şəhərləri yüksək sürətli internetlə, o cümlədən 5G şəbəkələri ilə təmin olunacaq.
Trend-in məlumatına görə, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) icraçı direktoru Tamerlan Tağıyev deyib.
"Rəqəmsal iqtisadiyyatın inkişafı üçün müəyyən amillər, o cümlədən rəqəmsal infrastrukturun yaradılması, bütün ölkə ərazisinin yüksəksürətli internetlə təmin olunması tələb olunur. Bunun üçün həm də maliyyə ehtiyatlarına çıxış imkanları, startapların maliyyələşdirilməsi üçün müvafiq şərtlərin yaradılması tələb olunur", - deyə o bildirib.