...

Hesab.az-dan yeni CASHBACK kampaniyası!

Telekommunikasiya Materials 20 May 2022 17:38 (UTC +04:00)

Bakı. Trend:

Hesab.az onlayn xidmətlər platforması və Mastercard şirkəti istifadəçilərini daha bir cashback kampaniyası ilə sevindirib!

İstifadəçilərinə daim sərfəli kampaniyalar təqdim edən GoldenPay/Hesab.az şirkəti uğurlu cashback kampaniyasından sonra yeni cashback kampaniyası keçirir. 20 May tarixində başlayan kampaniyada Masterpass ilə 10 AZN və üzəri ödəniş edən istifadəçilər 1 AZN cashback qazanacaq.

Qeyd edək ki, kampaniyadan sadəcə ilk qoşulan 10 000 istifadəçi yararlanacaq. Kampaniyaya qatılan bütün istifadəçilər ümumilikdə 2 müxtəlif ödəniş ilə cashback qazana bilərlər. Həmçinin, bir Abunə kodundan sadəcə bir iştirakçı cashback əldə edəcək.

Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin və digər xidmətlərin ödənişi artıq daha sərfəlidir! Kampaniyadan faydalanmaq və daha ətraflı məlumat əldə etmək istəyənlər qaydalarla buradan tanış ola bilər: https://bit.ly/3wC2o5j
Hesab Koinlər haqqında daha ətraflı: https://bit.ly/3m6S554

İstifadəçilərini hər zaman xüsusi kampaniyalarla sevindirən GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti