...

Bu il 470 min ev internetlə təmin olunub - Nazir

Telekommunikasiya Materials 29 Noyabr 2022 13:27 (UTC +04:00)
Bu il 470 min ev internetlə təmin olunub - Nazir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, ölkənin bütün şəhər və kəndləri, o cümlədən ən ucqar kəndlər genişzolaqlı internetlə təmin olunacaq.

"2022-ci il ərzində Azərbaycanda 470 min ev təsərrüfatı internetlə təmin olunub", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti